24 Sentyabr 2025 / 09:58

Sabiq nazir təhsilimizdəki biabırçılığı dilə gətirdi:- NAZİR EMİN ƏMİRULLAYEVİN MENYUSUNA

Sabiq rabitə naziri Siruz Abasbəyli bu səhər paylaşdığı statusu ilə hər kəsə müraciət edərək bir suala cavab istəyib. Tezadlar.az həmin statusu olduğu kimi təqdim edir, kim istəsə, bu sualı cavablaya bilər:
“Salam Dostlar !
Sizlərə bir sualım var, cox rica edirəm səmimi olaraq cavab yazın…
Indicə saat 9.00-da Xəzər TV-də təsadüfən xəbərlər proqramına qoşuldum… Diqqətimi bir xəbər cəlb etdi… Lacın rayonunda məktəb şagirdlərindən pul yıgırlar… Nə ücün…dənəmədim … TV-də epizodu gördüm, fikrim uzaqlara…məktəb illərinə qetdi….
O illər Sovetlər zamanında 11 il məktəbdə oxuduq… Bu müddət ərzində bizdən 11 qəpik pul yığmadılar… Məktəbi bitirdik, imtahan verib ALİ məktəbə daxil olduq…test imtahanlarının nə oldugunu bilmədik, imtahan qəbul komissiyasının üzvlərinin müxtəlif suallarına cavab verərək Ali məktəbə qəbul olduq…oranı da rüşvətsiz bitirərək işlə təmin edildik, bacarıgımız müqabilində tanışsız, qohumsuz rüşvətsiz vəzifələrdə yüksəldik, növbə əsnasında pulsuz mənzillə təmin edildik, bahalı, indi adam başı 150-500 manatlıq Şadlıq saraylarında deyil, adi restoran, palatka, həyət evlərində acıq havada toy edib evləndik..ev -eşik sahibi, xoşbəxt ailələr quruldu…
İnqlab edib Azad olduq…müstəqil dövlət yaratdıq…sonra nəəə….yuxarıda qeyd edilən halların hamısı tam əksinə dəyişib… MƏNİM bu sualımı cavablandəra bilərsiniz ?????? Bu neqativ halları necə yıgışdıraq ??? Hər bir neqativə Prezident mı qarəşmalıdı ???
Bəyəm SSRİ vaxtında hər işə Sov.İKP-nin Birinci Katibi qarışırdı??? YOX !!! Yerlərdə aktivistər, müəssisələrdə ictimai nəzarət var idi…bu işləri də ictimaiyyət görürdü…
İndi də Prezidentin göstərişi ilə hər yerdə İctimai Nəzarət Şuraları yaradılıb…Sırf onların işidir ki, Respublika rəhbərliyinə bu və digər sahələrdə qayda- qanuna riayət edilməsinə nəzarəti ictimaiyyət öz üzərinə qötürsün…Əlbətdə bu sahədə catışmamazlıqlar var və onları təkminləşdirmək də ictimaiyyətin vəzifəsidir…”.
Əlavə şərhə ehtiyac varmı? Yəqinki yox!

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!