Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün 1992-ci il təvəllüdlü hamilə qadın axşamüstü saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Tezadlar.az- a bu barədə Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib. Sorğumuza cavabda deyilir ki, bu gün iyulun 8-də, saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Amma sonradan zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb. Qadının meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Təəssüflənməkdən başqa nə deyə bilərik.