10 Dekabr 2024 / 09:26

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə reallaşan görüşdə gömrük sistemindəki yeniliklər, təkmilləşdirilmələr barədə məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərə dair fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, həmçinin ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq ölkəyə gətirilməsi, bu istiqamətdə müəyyənləşdirilən müddət və hüquqi məsuliyyət tədbirləri də geniş müzakirə edilib.

Daha sonra “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” barədə təqdimat nümayiş etdirilib, sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!