Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan hökuməti sahibsiz itlərin sayının azalması və heyvan sahiblərinin tapılmasının asanlaşdırılması məqsədilə yeni tənzimləyici qanun layihəsi hazırlayır. Tezadlar.az Gürcüstan mediasına istindala bildirir ki, bu barədə “Gürcü Arzusu” partiyasının icra katibi Mamuka Mdinaraidze parlamentdə çoxluğun iclasından sonra məlumat verib. Onun sözlərinə görə, qanun sahibsiz itlərin küçədə buraxılmasını qadağan edəcək və belə hallar yüksək inzibati cəza ilə nəticələnəcək: “Gürcüstan üzrə sahibsiz itlərin sayı 300 000-dən 350 000-ə qədər dəyişir. Dövlət proqramı çərçivəsində bu heyvanların müvafiq bazalara daxil edilməsi və onların çoxalmasının qarşısını alan prosedurların tətbiqi nəzərdə tutulur,” — deyə Mdinaraidze bildirib. O əlavə edib ki, heyvan sahiblərinin tapılmasını asanlaşdırmaq üçün elektron proqram işlənəcək və itlərə “çip” kimi identifikasiya işarələri qoyulacaq: “Biz çalışırıq ki, heyvanları küçədə tərk etmək mümkün olmasın və hər kəs heyvanının tapılmasını təmin etməklə məsuliyyət daşısın,” — deyə Mdinaraidze vurğulayıb. Yeni qanun layihəsinin qəbulundan sonra sahibsiz heyvanların sayının azalacağı və şəhərlərdə heyvanların daha yaxşı idarə olunacağı gözlənilir.
Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılmaqdadır, lakin hələ də sahibsiz itlərin insanların sadiq dostu olması təsəvvürü yaranmır, əksinə, xüsusən də paytaxt zibilxanalarında eşələnən itlərin sayı artmaqda, insanlara hücumların isə qarşısı alınmamaqdadır. Görünür, daha sərt tədbirlər görülməlidir. Bunlardan biri isə itlərin cütləsməsinin qarşısının alınması, döl artımının yasaqlanması tədbirləridir.
A.Məmmədli