Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şahzadə Diananın şəxsi aşpazı Daren Makqredi maraqlı bir xatirəsini bölüşüb.
Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, hər dəfə xeyriyyə təşkilatları saraya zəng edərək “Şahzadə nə yeməyi sevir?” soruşanda o, cavab verirmiş ki, “qızılbalığı sevir”. Nəticədə, Dianaya hara getsə, daim qızılbalıq təqdim olunurdu.
Bir gün şahzadə ona gileylənib: “Mən aclıqdan ölürəm, zəhmət olmasa de ki, naharda qızılbalıq yoxdur. Hara getsəm, hər yerdə losos verirlər”.