Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bioqraf Endryu Launi bildirib ki, şahzadə Harri Böyük Britaniya kralı III Çarlzın qardaşının burnunu sındırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Launi yeni kitabında danışıb ki, hadisə 2013-cü ildə kral ailəsinin iclasında baş verib. Bir anda şahzadələr Harri və Endryu arasında münaqişə yarandı və bu, davaya çevrildi. Mübahisəyə səbəb Endryunun Harri haqqında dedikləri olub – sonuncu qorxaqlıq ittihamına dözməyib və qohumuna yumruqları ilə hücum edib.
Launi ifadə edib ki, şahzadələr ayrıla bilməmişdən əvvəl Harri qohumunun üzünə bir neçə dəfə vuraraq burnunu sındırıb. Eyni zamanda, şahzadə Harrinin nümayəndəsi bu məlumatı təkzib edib.
“Sizi əmin edə bilərəm ki, şahzadə Harri və şahzadə Endryu heç vaxt döyüşməyiblər”, – deyib.
E.ŞİRİNOV