Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya vəSuverenlik ili” çərçivəsində “Polisə dəstək” İctimai Birliyi Salyan PeşəLitseyin tələbələri, orta məktəbin yuxarı sinif şagirdləri, rayon ziyalılarınıniştirakı ilə İnsan alveri cinayətlərinin təhlili və aradan qaldırılmasına dair maarifləndirici mühazirə-seminar keçirib. İB- nin sədri, hüquqşünas, polis polkovniki Şəmsəddin Əliyev tezadlar.az– bildirdi ki, Salyan rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin vətorpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sitat: “Seminar-mühazirəni giriş sözü ilə Salyan RİH-nin şöbə müdirinin müaviniMəmmədov Məhərrəm açmış və yığınacağın səbəbi ətrafında iştirakçılaraməlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarının — səsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış və bizdənuzaqlaşdırılmış şəxslərdir. Dünya miqyasında insan alverinin yeni formalarakeçməsi, böhranlar, milli və dini zəmində baş verən münaqişələr fonundaartması barədə rəqəmlər də artıq var; bu artım hər birimizi daha güclü vəkoordinasiyalı hərəkət etməyə çağırır…”.
Tədbirdə Layihə ilə bağlı “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev ətraflı çıxış etmişdir. O, İnsan alveri cinayətlərini həssas qrupların şüuruna, ümidinə, gələcəyinə, hüquq və azadlıqlarına edilən qəsd kimi qiymətləndirmiş, qurbanlarınmüdafiəsini hər kəsin insanlıq borcu kimi zəruri hesab etmişdir. Şəmsəddin Əliyev bu cinayətlərə qarşı üç əsas amilə uyğun – profilaktika, müdafiə və cinayətkarların təqibi üzrə, yəni Prosecution (məhkəmə, təqib), Protection (qurbanların qorunması) və Prevention (qorunma) — faktorlarını effektiv strategiyanın əsasıdır– deyə iştirakçılara bildirmiş,müdafiə olmadan təqibin effektinin olmadığını, profilaktika aparılmadan da, qurbanların sayının azalmadığını iştirakçıların diqqətinə çatdırmışdır. O, konkrekt addımların atılmasının vacib elementləri barədə də danışmış, Qurbanları hüquq-mühafizə orqanlarının təqibi obyekt yox, yardıma ehtiyacı olan şəxslər kimi tanıması; Qanunvericilik bazasının və təqib mexanizmlərinin gücləndirilməsi(Qurbanların hüquqları qorunmalı, mənbə və tranzit-zəncirlər üzrə təqib üçünbeynəlxalq əməkdaşlıq genişləndirilməli, beynəlxalq müqavilələr bu sahədəyol xəritəsi kimi qəbul edilməlidir). Risklərin azalması məqsədilə maarifləndirməni genişləndirmək (Uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayn platformalarda insanalverinin mexanizmləri haqqında davamlı təbliğat aparmaq, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər həyata keçirmək və vətəndaşların yardım xətlərindən xəbərdar edilməsi). Məlumat və monitorinq (Qurbanların real statistikasını, istismarın növləriniizləmək üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və proqramlar səmərə verir).
Qurbanların Reinteqrasiya proqramları onların seçimləri və ehtiyacları nəzərə alınmaqla tərtib edilməsi və mühüm əhəmiyyət kəsb edən cəhətlərbarədə informasiya vermişdir. Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşünas Aydın Kərimov qeydetdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən təkcə yardım yox, həmdə, ədalətin bərpasını, ümid və təhlükəsiz həyat sürmək üçün ikinci şansistəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etməkvə gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavabverən sistem yaratmaqdır. Bu iş tək bir qurumun yox, hökumət, vətəndaşcəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tlələb edir. Tədbirdə Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenenatı Hidayət Sadıqzadə , R-n PŞ-nin YYÇ inspektoru, polis baş leytenantı Nihat Həsənli , AYB-nin Muğan bölməsinin sədri, şair Nəbi İbrahimli, şair-publisist Əzizağa Məmmədli (R-n qəzetinin əməkdaşı), Salyan rayonu tam orta məktəbindirektor müavini İbrahim Davudzadə, Polisə Dəstək İctimai Birliyinin əməkdaşı K.Sultanlı və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarılması üçün— hər birimizin mənəvi və praktik məsuliyyət daşıması barədə məlumatverdilər. Sonda cəmiyyətə mesaj olaraq :“İnsan alveri əsrlərin ən təhlükəli cinayətlərindən və dünyanın qlobal problemlərindəndir. Bu, xüsusilə ağır cinayətlərin törədilməsi XXI əsrdə də davam edir, əşya kimi alınıb satılanlar, azadlığı məhdudlaşdırılanlar, ləyaqəti alçaldılanlar var. Yalançı vədlər nəticəsində hüquq və azadlıqlar məhdudlaşır, əlinizdən alınır. Zorakılıqlardan , aldadılmaqdan və istismardan qurtulmaq üçün birlikdə insan alverinə qarşı mübarizə aparaq, gələcəyimizi qoruyaq!” – şüarı səsləndirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Y.Məmmədli