28 Avqust 2025 / 20:25

Salyanda 87 yaşlı kişinin meyiti Kür çayından çıxarıldı

Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşkar olunub.

“Tezadlar”ın Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb.

Məlumata görə, meyit şəhərin Qüdrət Səmədov küçəsində yaşayan, 1938-ci il təvəllüdlü İbrahimov Əbülfəzə məxsusdur.

Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!