Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi
nümayəndə heyəti və Türkiyə səfirliyinin əməkdaşları fevralın 6-da Şəhidlər xiyabanında “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
TEZADLAR.AZ xəbər verir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin xatirəsini anıb, abidənin üzərinə gül dəstələri qoyublar.
Sonda Şamil Ayrım “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.
Azərtac