Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

1998-ci ildə Ermənistan müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinə görə tutulan Sasun Aruşanyan həbs edilib. Tezadlar.az bildirir ki, bu barədə “Sputnik Armeniya” yazıb. Aruşanyanın həmin illərdə Samvel Babayanın mühafizəsinin “rəisi” vəzifəsində çalışdığı qeyd olunub. Samvel Babayan Qarabağ separatçılarının “müdafiə naziri” olub.
Xatırladaq ki, Ermənistanda 27 ildən sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb. Ermənistan İstintaq Komitəsi 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinin üstünün açıldığını açıqlayıb, üç nəfər cinayət törətməkdə ittiham olunur. İstintaqa görə, Sasun Aruşanyan iki nəfərə 10 min və 15 min dollar vəd edərək onlarla birlikdə təyin olunmuş gündə 1998-ci il dekabrın 10-da Xorxorunini yaşadığı binanın girişində güllələyiblər. O, saxlanılıb. Xorxoruni 1998-ci il dekabrın 10-na keçən yaşadığı binanın girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.