Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdam rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Ramiz Qəzənfər oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama keçirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.