21 Fevral 2024 / 08:21

GÖMRÜK KOMİTƏMİZİN DİQQƏTİNƏ: GÜRCÜSTANDA SAXTA “GÜRCÜ XƏNGƏLİ” HAZIRLAYANLAR HƏBS EDİLDİ- FOTO

Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxtalaşdırma faktına görə bir nəfəri məsuliyyətə cəlb ediblər.

Tezadlar.az nazirliyin saytına istinadla bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb. İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədi ilə rayonların birində, kustar üsulla işləyən sexdə sistemli şəkildə saxtalaşdırılmış yarımfabrikat ət məhsulları istehsal edərək satıb. Bundan əlavə, qeyd olunur ki, məhkəmənin hökmü əsasında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxta məhsullar satış şəbəkəsindən və sexdən tamamilə çıxarılıb.

Faktla bağlı araşdırma davam etdirilir, saxlanılan şəxsi 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Güman edilir ki, bu xəngəllərə Bakıda geniş yayılmış “Gürcü xəngəli” kafe və restoranlarda da rast gəlinə bilər. Azərbaycanın gömrük əməkdaşları bundan xəbərdardırmı?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!