29 Oktyabr 2023 / 15:30

ŞAXTADA BAŞ VERƏN QƏZADA HƏLAK OLANLARIN SAYI 45-Ə ÇATIB

Karaqandadakı “Arcelormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Xəbər-24” telekanalı Fövqəladə Xilasetmə Xidmətləri Respublika Qərargahının filial direktorunun müavini Gennadi Silinskiyə istinadən məlumat yayıb.

Bundan əvvəl fövqəladə vəziyyət və 4 şaxtaçının axtarışları nəticəsində 42 nəfərin öldüyü barədə məlumat daxil olub.

Daha sonra Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bu məlumatı təsdiqləyib.

“Saat 20:00-a olan məlumata görə, ölən 45 şaxtaçının cəsədi tapılıb, 1 şaxtaçının axtarışları davam etdirilir”, – məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda bir-birindən təxminən 6 km aralıda yerləşən iki mədən ərazisində axtarış işləri aparılır. Nazirlikdən bildirilib ki, görünən yanma mənbələri yoxdur, qazla bağlı vəziyyət normaldır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!