11 Sentyabr 2025 / 22:04

“Səbail” iranlı hücumçu Ali Babaeini transfer etdi

Azərbaycan I Liqasında çıxış edən “Səbail” legioner futbolçu transfer edib.

Klubdan “Tezadlar”a verilən məlumata görə, “dənizçilər” son olaraq Kosovanın “Dukagjini” kollektivində çıxış etmiş  iranlı hücumçu Ali Babaei ilə anlaşıb.

24 yaşlı futbolçunun müqaviləsinin müddəti birillikdir.

Qeyd edək ki, “Səbail” ötən mövsüm Misli Premyer Liqasında 22 xalla sonuncu yeri tutaraq I Liqaya yollanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!