29 Sentyabr 2025 / 08:34

Seçki ilə bağlı mitinqdə yaranan izdihamda 40 nəfər ölüb

Hindistanda seçki mitinqində yaranan izdihamda 40 nəfər ölüb. Həlak olanlar arasında on uşaq da var. Daha 100-ə yaxın iştirakçı yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

İnsident sentyabrın 27-də Karur şəhərində yeddi saat gec gələn hind aktyoru və siyasətçisi Vicayın seçki kampaniyası zamanı çıxışı zamanı baş verib. Bu müddət ərzində mitinq meydançasına 27 000 adam toplaşıb, halbuki yerin cəmi 10 000 tutumu var.

Tamil Nadu ştatı hökuməti Vicayı etiraz qaydalarını pozmaqda ittiham edib. Yerli hakimiyyət iddia edib ki, təşkilatçılar iştirakçıları yemək və su ilə təmin edə bilməyiblər və təcili yardım maşınları aksiyaya buraxılmayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!