Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Fevral 2026 / 10:22

SƏİDƏ BƏKİRQIZI AKİF NAĞINI MƏHKƏMƏYƏ VERİR- TƏCİLİ

Məlum olduğu kimi, Blogger Səidə Bəkirqızı bir müddətdir Bakıda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə yerli sakinlər arasına nifaq salan populist çıxışlarla gündəmdədir. Elə bu tip çıxışlarına görə də sonuncu iş yeri olan Space- ni tərk etməli oldu. İndi də şəxsi tiktok sıhifəsindən ara qatmaqla məşğuldur. Təbii ki, bu daha çox gündəmdə qalmaq niyyətlidir. Bu arada Azad Vətən Partiyasının sədri Akif Nağı özünün fb platformasında Səidə haqqında bir neçə kəlmə sərt ifadələr işlədib. Sitat: “…Səidə adında bir erməni q.. cığı xeyli vaxtı ki , sosial şəbəkələri zəbt edib , məcburi köçkünlərin ünvanına iftiralar yağdırır. Hesab edirəm ki, o, ermənidi və erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib, ermənilər bu metoddan bizə qarşı həmişə istifadə ediblər , ya da sonradan burada ələ alıblar , yəni “verbovka” ediblər. Onu ələ alanların məqsədi Azərbaycanda qarşıdurma və xaos yaratmaqdı. Hər kəs bilir ki , məcburi köçkünlər bu dəqiqə ayaqyalın öz yurduna getməyə hazırdı , amma köç dövlət proqramı əsasında mərhələlərlə həyata keçirilir. Bunu bu q…cığ da bilirir , amma bilərəkdən yalan danışır. Çünki o və züy tutanları həm erməni xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir , həm də sosial şəbəkələrin qaydalarına uyğun olaraq yaxşı pul qazanırlar. Ona görə də hər kəsdən xahiş edirəm bu q…cığın yazı və çıxışlarını açmayasınız , rəy yazmayasınız. Xüsusi xidmət orqanlarından isə xahiş edirəm bunun ermənilərlə əlaqələrini araşdırsınlar. Əminəm ki , dediklərim yerini alacaq…”.
Tezadlar.az- a Səidə Bəkirqızına yaxın şəxslərdən biri deyib ki, o, Akif Nağını məhkəməyə verir. Artıq vəkil də tutub. Məhkəməyə səbəb isə Akif Nağının onu erməni agenti adlandıraraq təhqir etməsi əsas tutulub.
Mənbəə bildirir ki, şübhəsiz, Akif Nağı da Səidə Bəkirqızının sosial platformada məcburi köçkünlərlə yerli sakinlər arasına nifaq salmaqla ölkədə sabitliyi pozmağa xidmət edən çıxışlarını əsas tutub qarşılıqlı iddia qaldıracaq…
Səbuhi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!