6 Sentyabr 2025 / 09:17

Şəmkirdə iki nəfər bıçaqlandı- BİRİ QAYNATADIR

Ötən gecə Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib. Tezadlar.az bildirir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Belə ki, qaynata ilə kürəkənin sözü çəp gəlib və nəticədə 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb. Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib. Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!