5 Aprel 2026 / 09:58

Şəmkirdəki qətlin “müəllifi” həbs olundu

Ötən gecə Şəmkirdə gənc oğlanı qətlə yetirən şəxs tutulub. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

Törədilmiş qətlin səbəbləri araşdırılır.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!