12 Sentyabr 2025 / 18:36

Sərdar Fərəcov Kardiologiya şöbəsinə köçürüldü

Dörd gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb.

Bu barədə Tezadlar.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir:

“Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!