Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2025 / 20:53

Günel Musa Şərif Ağayarın kitab təqdimatından yazdı və…

…Bu gün Şərif Agayarın yeni romanının təqdimatında oldum. Təxminən 40 dəqiqə rəsmi hissədə oturdum. Ürəyim sıxıldı. Başım gicəlləndi. Kitabı alıb imzalama mərasimində iştirak etmədən özümü çölə atdım. İnsan ədəbi mədəni mühitdə niyə belə boğulsun axı? Xeyli ziyalı, yazar vardı təqdimatda. Amma ağız deyəni qulaq eşitmirdi. Adamlar elə bil kitab təqdimatina yox ciyəraxşamına gəlmişdilər. Hələ bu adamlar ziyalı istedadlı kəsimdir.

Allah qoymasa ədəbiyyat yaradırlar. Hər gün xalqı kitab oxumağa dəvət edirlər, camaatın üzünü it üzü kimi danlayırlar ki, oxumursuz cahilsiniz. Kitab oxumayanlar cahildirlər xub. Bəs bu qədər kitab oxuyan, kitab yazan adamlar özlərini niyə 20 Yanvarın kuruqundaki taksi sürücüsü kimi aparır?
P.S: Uzun mətnləri paylaşanda səkilimi ona görə yerləşdirirəm ki, şəkilimə xatir açıb nə yazdığımı oxuyasınız.

Günel MUSA

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!