Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Yanvar 2026 / 16:32

Serj Sarkisyan maşınına Bakı benzini tökür və…

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb. Tezadlar.az xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

Bu arada erməni fb istifadəçisi Artur Xaçaturyan yazır ki, artıq bir həftədir Serj Sarkisyan avtomobilinə Bakı benzini tökür. Sitat: “Utanırmı? Sarkisyan Qarabağda qan tökdü, indi maşınına Bakı benzini tökür… Bəs Koçaryan hardadır? İlham Əliyevə minnətdar olun!”.

Bəli, bunlar tarixin bu yaramazlara dərsidir, bəlkə də ironiyasıdır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!