29 Oktyabr 2025 / 17:43

Sərxoş halda “Changan”ı işıqfora çırpıb həm avtomobilini əzdi, həm də həbs olundu (VİDEO)

Sərxoş halda sükan arxasına keçdi — nəticə: qəza və həbs
Paytaxtın Nəsimi rayonunda “Changan” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Tayfun Fərəcov işıqfora çırpılaraq qəza törədib.
Tezadlar.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hesabında məlumat yayıb:
“Sürücü tibbi müayinədən keçirilib və spirtli içkinin təsiri altında olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə o, 2 ay inzibati həbs olunub”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!