Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 16:45

Seyid Cəfər Ağayi şərh etdi: “AEBA-nın baş direktorunu təcavüzə şərik hesab edirik”

“İran AEBA-nın baş direktoru Rafael Qrossini İsrailin hücumlarına şərik hesab edir”. Tezadlar.az-ın əməkdaşının da iştirak etdiyi mətbuat konfransında bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi deyib. Diplomat R.Qrossinin rəsmi Tehranın nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil olmadığı barədə bəyanatının gecikmiş olduğunu bildirib. Sitat: “Təəssüf ki, AEBA-nın baş direktoru Rafael Qrossi İsrailin təcavüzündən sonra gecikmiş şəkildə bəyan etdi ki, İranın sistematik şəkildə nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil yoxdur. Cənab Qrossi yanlış məlumat təqdim etməklə bu sistemə xəyanət edib və onu bu təcavüzə şərik hesab edirik”.

Tezadlar.azın əməkdaşı İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayiyə 3 sualla müraciət edib. Az sonra həmin cavablar təqdim ediləcək.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!