7 Aprel 2026 / 10:57

Şeyx Şamil türk olub?-İNANILMAZ FAKT ÜZƏ ÇIXDI

…Şeyx Şamil Rusiya işğalına qarşı Qafqazda mübarizə aparmış qəhrəman kimi həmişə yad edilib. Onun Həcc ziyarətinə gedərkən vəfat etdiyi və məzarının da Məkkə qəbiristanlığında olduğu bildirilir. Bəs, əslində, Şeyx Şamil milliyyətcə kim olub? Təbii ki, bunun o qədər də müzakirəyə ehtiyacı yoxdur, amma  BDU-nun müəllimi Məti Osmanoğlu maraqlı fakt təqdim edib. Sitat: “…Alman botanika alimi, professor Karl Kox 1843-44-cü illərdə Qafqaza səyahət etmiş, Azərbaycanda da olmuşdu. Onun çoxcildlik “Şərqə səhayət” kitabında Azərbaycanla bağlı son dərəcə maraqlı faktlar var… Karl Kox o vaxt Rusiya imperiyasına qənim kəsilən Şeyx Şamilin damarlarında türk-azərbaycanlı qanı axdığını yazır: “…Şamilin təxminən 50 yaşı olduğu deyilir; boyu hündür deyil və sıx, yığcam bədən quruluşuna malikdir… Görünür, o, qarışıq mənşəlidir və çeçen olsa da, damarlarında xeyli tatar qanı da axır”. Qeyd edək ki, Rusiya imperiyası Qafqaz türklərini – azərbaycanlıları “tatar” adlandırırdı…”.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!