23 Sentyabr 2025 / 19:33

Simeone azarkeşlə mübahisəyə görə qırmızı vərəqə aldı

UEFA İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.

“Təzadlar” xəbər verir ki, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının I turunda “Liverpul”la matçda azarkeşlə mübahisə etməsi səbəb olub.

Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanan mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.

Qeyd edək ki, qarşılaşma “Liverpul”un 3:2 hesablı qələbəsi ilə bitib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!