Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2025 / 13:26

Şirkət rəhbərinin evinin yaxınlığında saxlanılanların kimliyi məlum oldu

İyunun 18-də Ermənistanda Rusiyanın “Taşir” şirkətinin rəhbəri Samvel Karapetyanın evinin yaxınlığında 50-dən çox adam saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Telegram kanalı iş adamının müdafiəsinə istinadən məlumat yayıb.

“Ötən gecə İrəvanda Samvel Karapetyanın evinin yaxınlığında 50-dən çox adam saxlanılıb”, – məlumatda deyilir.

Bundan əvvəl biznesmenin vəkili Armen Feroyan bildirib ki, Karapetyan hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur və onu həbs etmək istəyir.

İyunun 17-də bir qrup şəxsin axtarışların aparıldığı Rusiyanın “Taşir” şirkətinin rəhbərinin evinin yaxınlığında toplaşdığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!