“Şərikli biznes” oyunu ifşa olundu: 87000 manat
Şirvanda “şərikli biznes” adı altında vətəndaşları aldadaraq külli miqdarda pul ələ keçirən şəxs saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hesabında məlumat verib.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakinlərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev müəyyən edilərək tutulub.
Onun zərərçəkənlərin etibarından istifadə edib “birgə iş qurmaq” vədi ilə ümumilikdə 87 000 manat pulu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.