Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2024 / 10:17

“ƏSL JURNALİSTLƏR SOSİAL ŞƏBƏKƏDƏLƏRDƏ BOŞ SÖZ-SÖHBƏTDƏN, ÖZÜNƏ VURĞUNLUQDAN UZAQDIRLAR” – TOKAYEV

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev media mənsublarının təntənəli mükafatlandırılması mərasimində çıxış edib.

TEZADLAR.AZ Akorda-ya istinadən xəbər verir ki, öncə  dövlət başçısı Qazaxıstanda qeyd edilən  “Mətbuat günü” münasibətilə KİV nümayəndələrini təbrik edib. 

 “Bir çoxlarınız üçün jurnalistika sadəcə bir peşə deyil, çağırışdır. Əsl jurnalistlər sosial şəbəkələrdə boş maraqdan, boş söz-söhbətdən, özünə vurğunluqdan uzaqdırlar. Onlar həmişə işin içində olurlar və vətəndaşları maraqlandıran məsələləri qaldıran yüksək keyfiyyətli materiallar hazırlayırlar.

Məhz belə fəal və yaradıcı fəaliyyət məsuliyyətli jurnalistikanın yüksək standartlarına cavab verir və ölkəmizin tərəqqisinə töhfə verir”, – deyə Kasım-Jomart Tokayev bildirib.

 Onun sözlərinə görə, yeni media erası başlayıb.

 “Media süni intellekt texnologiyalarından səmərəli istifadə edir. Deyə bilərik ki, bu, əsl yeniliyin və kreativliyin göstəricisidir. Hər kəs öz işinin ustası olmalıdır. Mən dəfələrlə demişəm ki, ölkədə əsl peşəkarlıq kultu, ancaq bu yolla formalaşacaq.

Biz müəllimlərin, həkimlərin, alimlərin və digər sosial sahə nümayəndələrinin statusunun yaxşılaşdırılması üçün konkret tədbirlər görmüşük. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının və xilasedicilərin statusu da artırılıb. Bu istiqamətdə işlər davam etdiriləcək. Axı əmək adamı ölkənin sərvətidir”, – deyə prezident vurğulayıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!