Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin ən böyük maliyyə institutlarından biri olan “First Abu Dhabi Bank”ı (FAB) ilə maliyyə və enerji sektorları üzrə strateji tərəfdaşlıq imkanlarını müzakirə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
FAB-ın baş icraçı direktoru Hana Al Rostamani ilə görüş İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində keçirilib.
Görüş zamanı SOCAR-ın korporativ strategiyası və uzunmüddətli prioritetləri, o cümlədən enerji təhlükəsizliyi, innovasiya, rəqəmsallaşma və enerji keçidi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, “yaşıl enerji” təşəbbüsləri, aşağı karbonlu həllər və enerji sənayesinin davamlı inkişafının təmin edilməsi istiqamətləri də müzakirə edilib, R. Nəcəf bildirib.