9 Sentyabr 2023 / 07:36

ŞOLTS G20 SAMMİTİNDƏ PİRAT BAŞ BANDINI ÇIXARMADI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova G20 sammitindən Şoltsun şəklini öz Telegram kanalında yerləşdirərək onun xarici görünüşünü ələ salıb.

Şolts qaçış zamanı zədə aldıqdan sonra çəkdirdiyi şəklini internetdə yerləşdirdikdən sonra memların mövzusu oldu.

Dərc edilmiş kadrda Almaniya hökumətinin başçısının üzünün əzilmiş, sağ gözünün isə pirat sarğı ilə örtüldüyü göstərilirdi. Burada Şolts 9 və 10 sentyabrda Hindistanın paytaxtı Nyu Dehlidə keçiriləcək G20 sammitində iştirak edir.

sholtssss

Bundan əvvəl, sentyabrın 2-də siyasətçinin qaçış zamanı xəsarət aldığı məlum olub. Hadisə nəticəsində kanslerin iş qrafiki pozulub, sentyabrın 3-nə planlaşdırılan tədbirlər ləğv edilib.

Daha sonra, sentyabrın 4-də Almaniya kansleri zədələndikdən sonra ilk dəfə ictimai tədbirdə göründü və səhhətinin yaxşı olduğunu bildirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!