Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Almaniya Federal Kansleri Olaf Şolts və Şimali Avropa ölkələrinin liderləri Rusiya ilə münaqişə fonunda Ukraynanı dəstəkləməyə davam edəcəklərini əmin ediblər.
Bu barədə “Tagesschau” xəbər verir.
Şolts bildirib ki, hərbi əməliyyatlar başlayandan bəri Berlin Ukraynaya 28 milyard avro dəyərində silah verib.
“Biz Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsində onu dəstəkləməkdə həmrəyik. Biz Ukraynaya lazım olan qədər dəstəyimizi davam etdirəcəyik”, – deyə Şolts Stokholmda İsveç, Danimarka, Finlandiya, İslandiya və Norveçin baş nazirləri ilə görüşdən sonra danışıb.
Bundan əvvəl Şolts Münhen Təhlükəsizlik Konfransında bildirmişdi ki, digər ölkələr Ukraynanın qorunmasına daha çox pul xərcləməyə çalışmalıdırlar. Onun sözlərinə görə, bu, asan olmayacaq, o cümlədən Almaniyada bu fikrə qarşı tənqidlər də var.
“Mən digər avropalı həmkarlarımla birlikdə bütün Avropa paytaxtlarında oxşar qərarların qəbul edilməsinin tərəfdarıyam. Bilirəm ki, bu, asan deyil”, – o deyib.
E.ŞİRİNOV