Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Aprel 2026 / 13:36

SON DƏQİQƏ: ABŞ ilə İran arasında atəşkəs uzadıla bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, dialoqun davam etdirilməsi üçün ABŞ ilə İran arasında atəşkəs uzadıla bilər.

Tezadlar.az xəbər verir ki, xarici işlər naziri bunu Anadolu Agentliyinə verdiyi müsahibədə açıqlayıb.

Ankara hər iki tərəfin mövqelərində müsbət dəyişiklikləri qeyd edib. Diplomatın sözlərinə görə, həm Vaşinqton, həm də Tehran hazırda sülhün qorunmasında həqiqi maraq nümayiş etdirirlər.

Fidan vurğulayıb ki, atəşkəsin uzadılması danışıqlar prosesinin davamlılığını və uzunmüddətli həll yollarının axtarışını təmin etmək üçün zəruridir.

Nazir bildirib ki, “Tərəflər danışıqlar prosesini davam etdirmək üçün atəşkəsi 45 və ya 60 gün uzada bilərlər”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın 13 apreldə İran limanlarına daxil olan və çıxan gəmilərin qarşısını alacağını təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!