Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Baş naziri Binyamin Netanyahunun hərbi katibi general-mayor Roman Qoffmanın İsrail kəşfiyyat xidməti olan Mossad-ın direktoru təyin edildiyi açıqlanıb.
Tezadlar.az xəbər verir ki, Baş nazirlikdən verilən açıqlamada general-mayor Roman Qoffmanın Mossad direktoru təyinatının təsdiqləndiyi təsdiqlənib.
Açıqlamada qeyd olunur ki, İsrail Ali Məhkəməsinin keçmiş baş hakimi Aşer Qrunisin sədrlik etdiyi komitə tərəfindən təsdiqləndikdən sonra Baş nazir Netanyahu Qoffmanın təyin edilməsi ilə bağlı məktubu imzalayıb.
2 iyunda David Barneanın yerinə keçəcək Qoffmanın Mossad-a beş il rəhbərlik etməsi gözlənilir.
Mətbuatda Netanyahunun hərbi katibi Roman Qoffmanı Mossad-ın yeni direktoru təyin etmək qərarının təhlükəsizlik qüvvələri daxilində etirazlara səbəb olduğu bildirilib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Mossad-ın keçmiş yüksək vəzifəli rəsmiləri Qoffmanın təyinatını tənqid edərək, onun kəşfiyyat məlumatları və ya Mossad-ın əsas əməliyyatları barədə məlumatsız olduğunu iddia ediblər.
E.ŞİRİNOV