Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şotlandiyada 1855-ci ildən bəri ən aşağı doğum səviyyəsi qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Şotlandiya Milli Arxivinə (ŞMA) məxsus saytın yaymış olduğu məlumatda deyilir.“2024-cü ildə Şotlandiyada doğulanların sayı 1855-ci ildə qeydlər aparılmağa başlayandan bəri ən aşağı göstəricidir.
Qeydiyyata alınan diri doğulanların sayı 45 763 nəfər olub – 2023-cü illə müqayisədə 172 və ya 0,3% az və bu, doğumların vətəndaşlıq qeydiyyatı və rəsmi statistikanın tətbiqindən bəri ən aşağı illik göstəricidir”, – ŞMA bildirib.
Milli arxivin məlumatına görə, 2024-cü ildə doğum əmsalı (bir qadının həyatı boyu dünyaya gətirdiyi uşaqların orta sayı) da tarixi minimuma çatıb və 1,25 təşkil edib.
2024-cü ildə Şotlandiyada ölənlərin sayı doğulanların sayını 16,5 min nəfər ötüb. Belə ki, sonuncu dəfə doğum göstəricisi ölüm göstəricisini 10 ildən çox əvvəl – 2014-cü ildə ötüb.
Qeyd edək ki, Azərbaycanda da son 5 ildə doğum səviyyəsi ardıcıl olaraq azalmaya doğru gedir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə qeydə alınmış doğum sayı 2019-cu ildə 141 179 nəfər idisə, 2020-ci ildə 126 507, 2021-ci ildə 115 528, 2022-ci ildə 126 148, 2023-cü ildə 115 801, ötən il isə 102 310 nəfər təşkil edib.
JASMİN