13 Fevral 2025 / 16:25

SOVETİN AZƏRBAYCANDAKI SONUNCU KOLXOZU DA ADINI DƏYİŞİR, HƏM DƏ…

Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə kolxoz özü elan edib.

Belə ki, sözügedən kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək “İvanovka Aqropark” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilir.

Qeyd edək ki, təsərrüfat Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib.

Təsərrüfat bitkiçilik (buğda, arpa, noxud, günəbaxan, tərəvəz, üzüm) və heyvandarlıq (iribuynuzlu, xırdabuynuzlu, donuzçuluq, quşçuluq) istiqaməti üzrə fəaliyyət göstərir.

Hazırda kolxozun qanuni təmsilçisi Uryupin Vasiliy İvanoviçdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!