Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 25-də saat 22:30-da isə Nizami rayonu, R.Rüstəmov 56 ünvanından qusma səbəbilə çağırış daxil olub. Bu barədə “Təzadlar”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hər iki çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayonu Məmmədyarov 28 ünvanında 44 yaşlı şəxsin (kişi cinsli), Nizami rayonu R.Rüstəmov ünvanında 53 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, hər iki şəxsin texniki spirtdən zəhərlənərək öldüyü deyilir.
Xatırladaq ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb.