Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Oktyabr 2025 / 07:08

Stadionda iğtişaşlar səbəbindən futbol oyunu yarımçıq qaldı

İsrailin paytaxtı Təl-Əvivdə Blumfild stadionunda tribunalarda yaranan iğtişaşlar səbəbindən yerli derbi matçı ləğv edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Azarkeşlər meydançaya və bir-birinə məşəl və butulka atıblar. Portalın məlumatına görə, qarşıdurma zamanı bir polis əməkdaşı yaralanıb və ona tibbi yardım göstərilib.

Hadisə zamanı stadionda ən azı 30 min tamaşaçı olub. Matç polis tərəfindən ləğv edilib.

Beş fanat asayişi pozmaqda şübhəli bilinərək həbs edilib. Daha 13 maskalı azarkeş qanunsuz toplaşdıqları üçün saxlanılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!