Ötən gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın nəşi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə ötən ayın 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri – 2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin əraziyə istirahət məqsədilə yollanıblar. Məlumata görə, istirahət zamanı onlar spirtli içki qəbul ediblər.
Daha sonra Aliyə Həsənova sərxoş vəziyyətdə suya girib. Gənc qızın çətin vəziyyətdə olduğunu görən Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu da məhəbbətin acı sonluğu!