5 Avqust 2025 / 23:58

Sumqayıtda 13 yaşlı yeniyetmə hündür mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!