28 Oktyabr 2025 / 21:24

Sumqayıtda metal qəbulu məntəqəsində meyit tapılıb

Sumqayıtda metal qəbulu məntəqəsində meyit tapılıb.

Tezadlar.az-ın məlumatına görə, hadisə 76-cı məhəllə ərazisində baş verib.

67 yaşlı Həsənov Nizami İslam oğlunun meyiti səhər saat 7 radələrində mühafizəçi işlədiyi metal qəbulu məntəqəsində aşkarlanıb. Mərhumun nədən öldüyü bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!