Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2025 / 15:56

Suraxanıda seyfdən 15 min manatlıq talan

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində soyğunçuluq olub.

Daxili İşlər Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

Yasamal rayonunda isə paytaxt sakininə fiziki zor tətbiq edərək ona məxsus pul kisəsini talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı E.Qəhramanov da saxlanılıb.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!