9 Dekabr 2024 / 08:32

SURİYA XALQ ORDUSU MƏNBİCDƏ NƏZARƏTİ ƏLƏ KEÇİRİB

Suriya Xalq Ordusu (SXO) Suriyanın şimalında Mənbic üzərində nəzarəti bərqərar edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik güclərindəki mənbələrə istinadən NTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat nəticəsində silahlı müxalifət strukturu şəhərə nəzarəti ələ keçirib.

Telekanal aydınlaşdırıb ki, əməliyyat dekabrın 8-də başlayıb. Məqsəd Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasını (PKK) Mənbic üzərində nəzarətdən məhrum etmək olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!