Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, ötən gün Gədəbəy rayonunun Şahdağ kəndi ərazisində “Kia” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Avtomobilin sürücüsü — 1990-cı il təvəllüdlü Məmmədov Vüsal, eləcə də azyaşlı sərnişinlər — 2020-ci il təvəllüdlü Məmmədov Amil və 2021-ci il təvəllüdlü Məmmədov Renat müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. Minik maşının aşması zamanı vəfat edənlərdən biri müəllim digəri isə müəllimin həyat yoldaşı olub. Qəzada dünyasını dəyişən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub. Dünyasını dəyişən 34 yaşlı Azadə Məmmədova isə Çiçəkli kənd tam orta məktəbinin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.
Bu da sürücü diqqətsizliyi. Dağlıq ərazidə xüsusilə diqqətli olmaq gərəkdir…
Elbar