4 Yanvar 2026 / 00:45

Sürücü səhlənkarlığı: Astarada mikroavtobus aşdı- ölənlər var

Dünən saat 16:40 radələrində Astaranın  Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xatırladır ki, S. Məmmədzadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb”. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.  Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qəzaya düşən sərnişinlərin sözlərinə görə, hadisə sürücünün sıhlənkarlığından baş verib. Belə ki, sürücü telefonla qurdalanan zaman Astara-Lənkəran xətti ilə hərəkətdə olan “Mercedes Sprinter” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!