14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tabloları metal konstruksiya ilə birlikdə sökülərək yenisi ilə əvəz olunacaq.
Tezadlar.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
MƏHDUDİYYƏT TƏTBİQ OLUNACAQ:
14 fevral | 00:00 – 07:00
Hava limanı yolundan (Hava limanı körpüsü)
“Koroğlu” metro stansiyası istiqamətində
15 fevral | 00:00 – 07:00
“Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi yol ötürücüsü)
Hava limanı istiqamətində
Alternativ marşrutlar:
• Mərdəkan şosesi → Zığ şosesi;
• Şəhər istiqaməti → Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçələri;
• 8 Noyabr prospekti → Zığ yolu → Hava limanı istiqaməti.
Məhdudiyyət müddətində alternativ yollarda hərəkətin təhlükəsiz və fasiləsiz təşkili üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.
Sürücülərdən xahiş olunur ki, əvvəlcədən marşrutlarını planlaşdırsın, yol nişanlarına və tənzimləyicilərin göstərişlərinə ciddi əməl etsinlər.