14 Fevral 2024 / 11:45

DƏMİRYOL XƏSTƏXANASININ BAŞ HƏKİMİ TİBB MƏRKƏZİNƏ DİREKTOR GÖNDƏRİLDİ

 TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib.

TEZADLAR.AZ xəbər verir ki, mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub.

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.

Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!