Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu ilin yanvar-mart aylarında Ukraynadan Azərbaycana dəyəri 2 milyon dollardan çox 519,4 ton dondurulmuş mal əti ixrac edilib.
Vergiler.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin Dövlət Gömrük Xidmətinin hesabatında deyilir.
Ümumilikdə cari ilin ilk 3 ayında Ukrayna 20,6 milyon dollar dəyərində 5,3 min ton dondurulmuş mal əti ixrac edib.
Rüb ərzində Ukraynanın bu kateqoriyadan olan məhsulunun əsas alıcıları Çin (69 faiz), Azərbaycan (9,8 faiz) və Özbəkistan (7,3 faiz) olub.
TEZADLAR.AZ