Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vaxtilə dünyanı gəzən məşhur “Qarabağ bülbülləri” ansamblının üzvü olmuş müğənni Tacir Şahmalıoğlu efirdə onu Azərbaycan Milli Konservatoriyasına qəbul etməyən şəxsin adını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, “Həmin Zaur” verilişində danışıb.
Belə ki, Tacir Şahmalıoğlu “Oxumaq üçün Bakıya gələn Taciri Şahmalıoğlunu konservatoriyaya kim qəbul etmədi” sualını belə cavablandırıb:
“Konservatoriyada oxumağıma mane oldular. Həmin adam sağdır. Bu şəxs Xalq artisti Fərhad Bədəlbəylidir”.
Qeyd edək ki, Fərhad Bədəlbəyli Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.

Xatırladaq ki, Tacir Şahmalıoğlu uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu “Qarabağ bülbülləri” ansamblındakı çıxışları ilə tanınmışdır.
Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir. Repertuarında xalq, bəstəkar mahnıları və muğam təsnifləri əsas yer tutur.