Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qardaşının toy mərasimində diqqət mərkəzinə düşüb.
Tezadlar.az xəbər verir ki, şənlik zamanı çəkilən görüntülərdə ən çox diqqət çəkən məqam isə Nicat Şakirlinin sağ qoluna quraşdırılan protez olub.
Sosial şəbəkə istifadəçiləri onun məclisdəki görüntülərinə çoxsaylı şərhlər yazaraq dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, 2023-cü ilin avqust ayında N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılaraq ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan bloqerin yaxın dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirli özü isə ağır xəsarət alıb və nəticədə onun sağ qolu dirsəkdən amputasiya olunub.
