Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2025 / 21:12

Tanınmış professorun Leyla Əliyeva haqqında unikal əsəri işıq üzü gördü

Tezadlar.az xatırladır ki, tanınmış politoloq, professor Vaqif Abdullayevin bu günlərdə “IDEA-dan başladı” adlı yeni kitabım nəşr edilib. Bu dəyərli kitab tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (International Dialogue for Environmental Action –IDEA) təsisçisi və sədri Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir.
 Professor Vaqif Abdullayev “Təzadlar”a açıqlamasında bildirdi ki, oxucular bu kitab vasitəsilə Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi olacaq, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola biləcəklər. “Kitabın yüksək tərtibatına görə, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-yə təşəkkürümü bildirirəm…”,- deyən V.Abdullayev onu da xatırlatdı ki, tezliklə kitabın böyük auditoriyalarda təqdimatı olacaq.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!